Bildiyimiz kimi 2021-ci il aprelin 13-də Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış, münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak edib. Möhtərəm Prezidentimiz konfrans iştirakçılarını salamladıqdan sonra ölkəmizdə baş verən proseslərdə öz münasibətini bildirdi. Cənab İlham Əliyev dünyaya səs salan 44 günlük ikinci Qarabağ müharibəsi barədə də danışdı. Dedi ki, 30 ilə yaxın idi ki, doğma torpaqlarımız Ermənistanın işğalı altında inləyirdi. Mənfur qonşularımız şəhər və kəndlərimizi dağıtmış el-obalarımızı viran qoymuşdu. Uzun əsrlərdən qalan mədəni abidələrimizi sökmüş, özlərinin çirkin abidələrini qondarmışdılar. Nə qədər soydaşımızı məhv etmiş, köçkün vəziyyətinə salmışdılar. Tariximizi təhrif edərək hər yerdə söyləyirdilər ki, Qarabağ erməni dövlətidir. Qafqazda ermənilərdən başqa xalq yaşamayıb. Xocalı qatilləri Sarkisyan, Koçaryan yaratdıqları “Arsak” dövləti ilə fəxr edirdilər. Qarabağın başının zümrüd tacı olan Şuşada ziyafət təşkil edir, yallı oynayırdılar. Dünyanın müxtəlif ölkələrində ağalıq edən erməni vandalları hər yerdə Arsakın Ermənistan dövləti olduğunu sübut edirdilər. ancaq səbr kasamız daşdı, biz bunları özümüz mühakimə etdik. 44 günlük müharibə ilə torpaqlarımızı erməni vandalizmindən təmizlədik. “Dəmir yumruğumuz” düşmənə dərs verdi. Müzəffər ordumuz düşməni itiqovan kimi qovdu. Ermənilər heç də bizim belə bir rəşadətli ordumuzun olmasına inanmırdılar. Ancaq biz onlara xalqımızın sarsılmaz birliyini nümayiş etdirdik. İgid oğullarımızın vətənpərvərliyini bir daha göstərdik, qələbə qazandıq. Beynəlxalq ictimaiyyət ermənilərin iç üzünü gördü. Onların dırnaqarası ordusu hər şeyini döyüş meydanında qoyub qaçdı. Ancaq onları yenə dünya ictimaiyyətinə yalan ifadələr verirlər. Gəncəyə, Bərdəyə, Mingəçevirə, Şuşaya atılan bombaları bir daha erməni barbarlığının iç üzünü açdı. 10 noyabrda bağlanan müqavilədə onların kapitulayasiya sənədinə imza atması sübut etdi ki, ermənilər, doğrudan da, terroçudur, qaniçəndir, cinayətkardır. Qələbədən neçə ay keçib. Yenə də ermənilər yalan ümidlərlə yaşayır, Qarabağın ancaq onların olması fikrinə inanırlar. Artıq Şuşamız, bütün Qarabağımız azaddır. Biz bütün işğaldan azad olunan torpaqlarda üçrəngli bayraqlarımızı dalğalandırırıq. Xarıbülbülümüz buna çox sevinir. Azad olunan torpaqlarımızda yenidənqurma işlərinə başlamışıq. Su kəmərləri, elektrik xətləri yenidən qurulur. Güləbürd Su Elektrik Stansiyası işə düşüb. Şuşaya yeni yollar çəkirik. Ermənilərin basdırdığı minaları təmizləyirik. Tezliklə torpaqlarımızda əkin işləri başlayacaq. Şəhər və kəndlərimiz bərpa olunacaq. Zəngilan çinar meşəsini yenidən bərpa edirik. Həkəri, Bərgüşad çaylarna körpə balıqlar buraxmışıq. Artıq qaçqınlarımız özlərini qaçqın saymır. Çoxları ata-baba yurdlarını ziyarət edirlər. Qarabağda həyat yenidən qaynayır. Bu zəfəri bizə müzəffər ordumuz qazandırdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Düşmən elə bilməsin ki, biz bununla bitirdik. Bizim Dəmir yumruğumuzun zərbəsi hələ də yerindədir. Başqa xəyala düşən düşmənə bundan da artıq dərs verməyə hazırıq. Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan Ordusuna ! Qarabağ Azərbaycandır!Natalia Yusifova,Meşəli kənd tam tam orta məktəbin müəllimi